Tramp: ABŞ "inanılmaz yeni silahlar" hazırlayır


Digərləri 08 Okt 2019 08:12:00 203 0

Tramp: ABŞ "inanılmaz yeni silahlar" hazırlayır

ABŞ ən yeni sualtı qayıqlar da daxil olmaqla "inanılmaz yeni silahlar" hazırlayır

Bakı. ABŞ ən yeni sualtı qayıqlar da daxil olmaqla "inanılmaz yeni silahlar" hazırlayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. ABŞ prezidentinin dediklərinə görə, yaxın həftələrdə Amerika tərəfi bəzi yeni silah sistemlərini nümayiş etdirə bilər: "Hazırda biz inanılmaz yeni silahlar hazırlayırıq. Heç kimin xəyal edə bilmədiyi silahlarımız var".