Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


Digərləri 08 Okt 2019 07:36:31 230 0

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

8 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Bakı. 8 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib: Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları Qiymətli kağızın ISIN kodu AZ0105019753 Emissiya həcmi 10 000 000 AZN Nominal dəyəri 100 AZN İstiqrazların tədavül müddəti 728 gün Faiz ödənişləri (olduqda) 7 aprel 2020-ci il, 6 oktyabr 2020-ci il, 6 aprel 2021-ci il, 5 oktyabr 2021-ci il Faiz gəliri 7.5 % Ödəmə tarixi 05.10.2021 Anderrayter Paşa Kapital İŞ QSC