Qrip xəstəliyinə tutulmusunuzsa Bunları etməyin


Digərləri 07 Okt 2019 23:50:00 244 0

Qrip xəstəliyinə tutulmusunuzsa  Bunları etməyin

Payız həm də qrip mövsümüdür.

Son.az ölkə.az-a istinadən bildirir ki, qrip - nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və halsızlıqdır. Qripə çox zaman barmaqarası baxsaq da, o, çox ciddi fəsadlara səbəb ola, hətta sətəlcəmlə nəticələnə bilər.

Bəs qripdən necə qorunmalı? Bu xəstəliyə tutulmamaq, yaxud onu asan keçirmək üçün nə yeyib-içməli?

Bu suallara həkimlər belə cavab verir:

Proteinlərlə zəngin olan ət, balıq, toyuq suyundan (bulyon) tez-tez istifadə edin.

Təzə sıxılmış meyvə suyu için.

Bol-bol limon qatılmış bitki çayları da vəziyyətinizi yüngülləşdirə bilər.

Boğaz ağrısı üçün nanə tərkibli dərmanlar və çaylar da yaxşı təsir göstərir.

Gec həzm olunan qidalardan uzaq durum, daha çox maye qəbul edin, şorba, ya bulyon için.

Bal və limon qarışığı və ya ağ zəncəfil tozu qarışıdırılmış bal öskürəyi kəsmək üçün ideal bir vasitədir.

(adsgarden = window.adsgarden || []).push({});