Bizim də uşağımız var: anlamaq lazımdır ki... Həkim


Digərləri 07 Okt 2019 23:30:00 312 0

Bizim də uşağımız var: anlamaq lazımdır ki...  Həkim

Körpəsi olanların ən çox problem yaşadığı hallardan biri də uşaqların xəstələnməsidir. Çox vaxt valideynlər belə zamanlarda uşağa təyin edilən müalicənin nə vaxta qədər davam etdirilməli olduğunu bilmir. Bəziləri uşaq sağaldıqdan sonra müalicəni dayandırır, bir çoxu isə hesab edir ki, müalicə neçə gün yazılıbsa, o günə qədər də davam etməlidir. Bəs əslində necə olmalıdır?

Son.az xəbər verir ki, mövzu ilə bağlı axar.az-a açıqlama verən pediatr Aytay Abdullaoğlu bildirib ki, müalicə həkimin müalicəni müəyyən etdiyi günə qədər davam etdirilməlidir.

"Valideynlər hansısa bir xəstəliklə bizə müraciət edirkən uşaq müayinə edildikdən sonra 10 günlük və ya bir həftəlik müalicə təyin olunur. Bu zaman təyin olunan dərmanların (antibiotik və ya hansısa tərkibli olmasından asılı olmayaraq) təyin olunmuş vaxta kimi verilməsini tapşırırıq. Valideynlər isə uşağa çoxlu dərman vermək istəmədiklərindən uşağın ilk yaxşılaşma əlamətlərini görən kimi dərmanı kəsirlər. Məsələn, bir xəstəyə qulağın iltihabı diaqnozu qoyulmuşdu. Uşağa 7-10 gün arasında antibiotik müalicəsi təyin olundu. Bir neçə gündən sonra qızdırma düşür, qulaq ağrısı kəsir və uşaq özünü yaxşı hiss etdiyi üçüm valideyn də düşünür ki, bu müalicəni davam etdirməyin mənası yoxdur, onsuz da uşaq özünü yaxşı hiss edir. Antibiotikin də zərərli olduğunu hesab edərək müalicəni dayandırır. Müalicə dayanandan bir neçə gün sonra xəstəlik qayıdır, ağrılar başlayır və uşağın eşitməsində zəiflik özünü büruzə verməyə başlayır. Valideynlər həkimə yenidən müraciət edirlər və həkim müayinə zamanı xəstəliyin davam etdiyini aşkarlayır. Valideynə bu barədə sual veriləndə dərhal antibiotikin zərərli olduğunu əsas gətirərək müalicəni dayandırdıqlarını söyləyirlər. Halbuki müalicənin sona kimi aparılması həmin xəstəliyin bədəndə həm kökünü kəsir, həm də gələcəkdə olacaq fəsadların qarşısını alır. Elə qulaq iltihabı kimi xəstəliklərdə antibiotikin təsir qüvvəsi 7-10 gün ərzində olur (bəzən uzunmüddətli də ola bilər). Bu məqamda yalnız həkimə güvənmək və müalicəni sona kimi aparmaq çox vacibdir", - A.Abdullaoğlu bildirib.

Həkim əlavə edib ki, həmçinin bütün dərmanlar həkimin təyin etdiyi qaydalarla verilməlidir:

(adsgarden = window.adsgarden || []).push({});