Sükan arxasında ürəyi tutdu, maşına çırpılıb piyadanı vurdu


Digərləri 07 Okt 2019 23:39:00 272 0

Sükan arxasında ürəyi tutdu, maşına çırpılıb piyadanı vurdu

Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qazax şəhəri ərazisində qeydə alınıb. Rayon sakini 1963-cü il təvəllüdlü Cavanşır Əmiraslanov idarə etdiyi "Mercedes"markalı avtomobillə hərəkətdə olarkən ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq "VAZ 2107"yə çırpılıb. Daha sonra isə maşın 44 yaşlı piyada Gülşən Tağıyevaya dəyib. Ürəyi tutan sürücü və piyada xəstəxanaya yerkəşdirilib.

Faktla bağlı araşdırma aparılır.