Qədim, nəhəng və hündür sekvoya FOTO


Digərləri 07 Okt 2019 23:15:00 287 0

Qədim, nəhəng və hündür sekvoya  FOTO

Hündürlüyü 200 metrə çatan iynəyarpaqlı sekvoya ağacı 200 ildir ki, planetimizdə yetişir. Aparılan tarixi araşdırmalar sekvoyanın dinozavrlarla eyni dövrdə yaşadığını göstərir. Dinozavrların kökü milyon illər bundan əvvəl kəsilsə də, sekvoya hələ yaşayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nəhəng ağacın budaqları uzun illər boyu səmaya doğru uzanır və dünyanın ən yüksəyə qalxan bitkisi hesab olunur. Onun gövdəsi və kökləri on metrlərlə dərinliyə gedir. Sekvoyanın çox da hündür olmayan, lakin böyük diametrə malik bəzi növləri də var. Nəhəng ağacların kök saldığı bəzi bölgələr milli park elan edilib.

Qədim dövrlərdə sekvoya dünyanın müxtəlif bölgələrində yetişirdi, indi isə həmin ağacların təbii yetişdiyi yeganə yer Amerikanın Kaliforniya ştatıdır. Kaliforniya Milli Sekvoya Parkında isə hündürlüyü 83 metr, gövdəsinin eni isə 31 metrdən çox olan 2-2,5 min il arasında yaşı olan ağaclar var. Hündürlüyü 83,3 metrə çatan "General Şerman" ağacının diametri 11,1, çətirinin əhatəsi isə 31,3 metrdir. Ağacın həcmi 1487 kubmetr təşkil edir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqı həmin nadir sekvoyaları nəsli kəsilməkdə olan ağaclar siyahısına daxil edib.

(adsgarden = window.adsgarden || []).push({});