Skorsezedən tənqid atəşi


Digərləri 07 Okt 2019 22:49:00 232 0

Skorsezedən tənqid atəşi

Amerikalı rejissor Martin Skorseze superqəhrəmanlar, o cümlədən "Marvel Studios" kinoşirkətinin çəkdiyi filmləri tənqid atəşinə tutub. O, hesab edir ki, belə filmləri kino hesab etmək olmaz.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri M.Skorseze İngiltərə jurnalı "Empire"yə müsahibəsində deyib.

"Mən o filmlərə baxmıram. Bir neçə dəfə baxmağa cəhd etmişəm. Ancaq bu kino deyil", -deyə rejissor bildirib.

"Sözün açığı nəzərə alsaq ki, belə əsərlər yüksək səviyyədə çəkilib və aktyorlar onlara verilən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər, onlar haqqında ən müsbət fikrim olar ki, super qəhrəmanlar yalnız insanları əyləndirməyə yarayır. Belə filmlərdə insanlar psixoloji, emosional təcrübələrini bir-birləri ilə bölüşə bilmirlər", -deyə M.Skorseze əlavə edib.

(adsgarden = window.adsgarden || []).push({});