İki mikroavtobus toqquşdu


Digərləri 07 Okt 2019 22:10:00 218 0

İki mikroavtobus toqquşdu

Şərur rayonunun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi "Reno" markalı mikroavtobuslar toqquşub.

Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Əsədov orada ölmüş, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.