Şərurda iki mikroavtobus toqquşdu - Ölən və xəsarət alanlar var


Digərləri 07 Okt 2019 21:59:27 256 0

Şərurda iki mikroavtobus toqquşdu - Ölən və xəsarət alanlar var

Şərur rayonunun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Şərur rayonunun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi "Reno" markalı mikroavtobuslar toqquşub. Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Əsədov orada ölmüş, digərlərinin vəziyyətləri orta-ağırdır.