"Körpələrdə sünnət dərisini sıyırıb açmaq..." Uşaq uroloqundan AÇIQLAMA


Digərləri 07 Okt 2019 21:35:00 282 0

"Körpələrdə sünnət dərisini sıyırıb açmaq..."  Uşaq uroloqundan AÇIQLAMA

Bundan başqa bəzən körpələr sünnət dərisi səbəbindən sidiyə çıxmaqda çətinlik çəkirlər. Bu zaman analar dərini sıyıraraq açmağa çalışırlar. Bu tamamilə yalnışdır.

Son zamanlarda uşaqlar arasında uroloji problemlər artmaqdadır. Bu problemlər siyahısında anadangəlmə xəstəliklərdən əlavə sonradan qazanılan xəsəliklər də kifayət qədərdir.  Bəzən valideynlərin səhlənkarlıqları ucbatından uşaqlarda müşahidə edilən uroloji problemlər vaxtında aradan qaldırılmayaraq gələcəkdə daha ciddi xəstəliklərə gətirib çıxarır. Bir çox hallarda isə valideynlər həkimə ümumiyyətlə müraciət etməyərək, türkəçarə üsullarla  özünümüalicə ilə məşğul olurlar. 

Bəs görəsən uşaq orqanizmi üçün özünü müalicənin bir zərəri varmı? Valideynlər daha çox hansı sovetdən qalma metodladan istifadə edirlər? 

Son.az bildirir ki, medicina.az-ın suallarını uşaq uroloqu  Pərviz Hacıyev cavablandırıb. 

"Azərbaycanda uşaqlar arasında ən çox yayılan anadangəlmə uroloji problemlərdən biri enməmiş xaya və ya başqa sözlə kriptorxizmdir. Bu problem yenidoğulmuş körpələrin təxmini 3%də görülür. Bəzən enməmiş xaya 6 ayina kimi enə bilir. Yəni xayalar xaya kisəsinə düşür. Bəzən isə xayaların biri və ya hər ikisinin kisəyə enməsi üçün cərrahi müdaxiləyə ehtiyac olur. Bu cür əməliyyat yaxşı olar ki, 6 ay ilə 1 yaş arasında həyata keçirilsin. Çünki gecikdikdə və vaxtında həkimə müraciət edilmədikdə, xayalar bədən temperaturunun təsirindən zərər görür və inkişafdan qalır.

Bu isə gələcəkdə həmin insanın sonsuzluqdan əziyyət çəkəcəyindən xəbər verir. Həmçinin burda yaranan digər bir təhlükə də xayanın bədəndə qalaraq sonradan bədxassəli şişə çevrilməsidir. Bu baş verməsin deyə funksiyasını itirmiş xayalar vaxtında orqanzmdən kənarlaşdırılmalıdır.  Daha əvvəllər xayalar kisəyə vaxtında enmədikdə bir müddət gözlənilirdi və paralel olaraq hormon terapiyası vasitəsilə müalicə edilirdi. Bu zaman hətta uşağan 5 - 7 yaşına qədər müdaxilə edilmirdi.  Lakin son zamanlar bu müalicə üsulunun az təsirli olduğu və hətta xayaya pis təsir etdiyi üçün tətbiq olunmur. 

Digər çox yayılan anadangəlmə xəstəliklərdən biri isə hipospadiya, yəni sidik kanalının penisin ucundan deyil kənarda  yerləşməsidir. Bu anadangəlmə problem də təcili cərrahi müdaxilə tələb edir.  Belə uşaqları da 6 ay -18 ay arasnda əməliyyat etmək lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});