Məşhur göbələk dərmanı hamilələrdə düşüyə səbəb olur Təhlükəlidir


Digərləri 07 Okt 2019 21:14:00 842 0

Məşhur göbələk dərmanı hamilələrdə düşüyə səbəb olur  Təhlükəlidir

Populyar göbələk və vaginal göbələk yoluxmaları zamanı təgbiq olunan Flukonazol dərmanı hamilələrdə uşaqsalmaya, düşüklərə səbəb ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə elmi nəticə Kanada tibb dərgisində çap olunub.

Hamilələrin 10%-i vulvovaginal kandidozdan əziyyət çəkir. Hamiləlikdə bu göbələyə yoluxma riski də çox yüksəkdir.

Müalicə məqsədilə şamlardan əlavə Flükanazol adlı dərman da aşağı dozalarda təyin edilir.

Alimlər 441 min nəfər hamilənin 1998-2015-ci illərdə tibbi məlumatlarını analiz edib. Onlarda nə dərəcədə göbələk xəstəlikləri və reseptə hansı dərmanların yazılması araşdırılıb.

Alimlər aşağı və yüksək dozada Flukanazolun hamiləlikdə qeyri ixtiyari və qəfil düşüklərə, ciddi bətndaxili qüsurlara və ölü uşaq doğulmaya nə dərəcədə səbəb olmasını təhlil edib.

(adsgarden = window.adsgarden || []).push({});