Su arxının kənarında minaatan mərmisi aşkarlanıb (FOTO)


Digərləri 07 Okt 2019 20:43:00 264 0

Su arxının kənarında minaatan mərmisi aşkarlanıb (FOTO)

Tərtərin Şıxarx qəsəbəsində 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub.

Bakı. Tərtərin Şıxarx qəsəbəsində 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bu gün saat 16:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, yeni salınmış qəsəbənin ərazisindən keçən su arxının kənarından 1 ədəd minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.