Yeni Suraxanıda evə basqın - Qadını döyüb pul və telefon apardılar


Digərləri 07 Okt 2019 20:30:00 283 0

Yeni Suraxanıda evə basqın - Qadını döyüb pul və telefon apardılar

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Bakı. Samir Əli - Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) müraciət edən Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova oktyabrın 5-də saat 4 radələrində evinə daxil olan 5 nəfərin ona fiziki zor tətbiq edərək oradan 400 manat və mobil telefon aparmalarını bildirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılıb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.