Bakıda daha bir avtobus sürücüsü svetoforun qırmızı işığında keçdi


Digərləri 07 Okt 2019 20:14:00 247 0

Bakıda daha bir avtobus sürücüsü svetoforun qırmızı işığında keçdi

Bakıda marşrut avtobusu sürücülərinin kobud qayda pozuntusu etməsi hallarına tez-tez rast gəlinir.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, sərnişinlərin həyatını təhlükəyə ataraq yol hərəkəti qaydalarını kobudcasına pozan növbəti hadisəni 81 saylı marşrutun sürücüsü törədib. "Karsan" markalı kiçiktutumlu avtobusu idarə edən sürücü, Xətai rayonu Məhəmməd Hadi küçəsində kobud şəkildə hərəkətini davam etdirərək svetoforun qırmızı işığında hərəkət edib.

Həmin anların videosunu təqdim edirik.