Yaşca özündən kiçik kişilərlə ailə quran, sevgili olan xanım MƏŞHURLARIMIZ


Şou-biznes 07 Okt 2019 19:34:00 328 0

Yaşca özündən kiçik kişilərlə ailə quran, sevgili olan xanım MƏŞHURLARIMIZ

Sənətdə olan məşhurların sənətləri qədər münasibətləri, evlilikləri də hər zaman maraq dairəsində olub. Əsasən də xanım sənətçilər münasibətdə olduğu insanlarla tez-tez gündəmə gəlirlər. Əgər bu münasibətdə xanım tərəf yaşca böykdürsə, deməli, marağın daha böyük olmaq ehtimalı yüksəkdir.

Son.az "ölkə.az"a istinadən yaşca özündən kiçik bəylərlə münasibəti (evlilik, sevgililik, vətəndaş nikahı və sair) olan məşhur xanımlarla bağlı kiçik araşdırmanı təqdim edir. 

Azərbaycan xalq artisti Leyla Şıxlinskaya dörd dəfə ailəli olub. Onun həyat yoldaşlarından birinin Şıxlinskayadan yaşca kiçik olduğu bildirilir. 

Əməkda artist Ruhəngiz Musəvi öz həyat yoldaşından 12 yaş böyük olub. Sənətçi bir müddət öncə mətbuata verdiyi açıqlamada sözügedən şəxsdən ayrıldığını bildirib.

Xalq artisti Aygün Kazımova uzun illər münasibətdə olduğu duet ortağı Namiq Qaraçuxurludan 7 yaş böyük olub. 

Əməkdar artist Nüşabə Ələsgərli Rza adlı İran əsilli həyat yoldaşından 7 yaş  yaşca böyükdür.

Telli Borçalı haqqında bir müddət öncə yayılan xəbərlərdə onun özündən 17 yaş kiçik sənətçiylə münasibətdə olduğu qeyd edilirdi.

Hətta o, bu məlumatı yayan jurnalistlə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilmişdi.

  

46 yaşlı aktrisa Naina İbrahimova da yoldaşından yaşca böyük olan məşhurların sırasındadır.

 

Əməkdar artist, rəqqasə Məryəm Süleymanova ailə qurduğu şəxsdən 12 yaş böyükdür. 

(adsgarden = window.adsgarden || []).push({});