Azərbaycanda azadlıqdan ÖMÜRLÜK məhrum edilən neçə nəfər var? (ÖZƏL)


Digərləri 07 Okt 2019 19:59:29 218 1

Azərbaycanda azadlıqdan ÖMÜRLÜK məhrum edilən neçə nəfər var? (ÖZƏL)

Azərbaycanda müəyyən müddətə azadlıqdan məhrum edilənlərin sayı azalıb, ömürlük azadlıqdan məhrum edilənlərin sayı isə artıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda müəyyən müddətə azadlıqdan məhrum edilənlərin sayı azalıb, ömürlük azadlıqdan məhrum edilənlərin sayı isə artıb. Trend-in məlumatın görə, 2013-cü ildə ölkədə yalnız 15 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2014-cü ildə bu rəqəm 13-ə, 2015-ci ildə isə daha da azalaraq 4-ə enib. 2016-cı ildə ömürlük azadlıqdan məhrum edilənlərin sayı 10-a qalxsa da, 2017-ci ildə onların sayı yenidən azalaraq 5-ə enib. Ötən il isə azadlıqdan ömürlük məhrum edilənlərin sayı 7-yə qalxıb. Ötən il müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı isə hissedilən dərəcədə azalıb. 2018-ci ildə müəyyən müddətə azadlıqdan məhrum olunanların sayı 6 374, 2017-ci ildə 7 273, 2016-cı ildə 7 908, 2015-cı ildə 7 826, 2014-cü ildə 7 347 nəfər olub.