Qusarda baş verən dörd cinayətin üstü açıldı


Kriminal 07 Okt 2019 19:49:00 330 0

Qusarda baş verən dörd cinayətin üstü açıldı

Qusar rayonunda baş verən bir neçə oğurluq cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Qusar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.

O, törətdiyi cinayət əməllərini etiraf edib.

Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb.