BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurs tələbələri ilə görüşlərə yekun vurub


Digərləri 07 Okt 2019 19:48:36 208 0

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurs tələbələri ilə görüşlərə yekun vurub

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurs tələbələri ilə görüş keçirib.

Bakı. Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci kurs tələbələri ilə görüş keçirib. BDU-dan Trend-ə verilən məlumata görə, 23 sentyabr-4 oktyabr tarixlərində baş tutan görüşlər universitetin bütün fakültələrini əhatə edib. Görüşlərdə Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan 5127 tələbə iştirak edib. Dövlət himninin canlı ifası ilə başlayan görüşlərdə THİK sədri Nihad Allahyarlı Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edərək təşkilatın əsas fəaliyyəti və strukturu haqqında geniş məlumat verib. Qeyd edib ki, yenilənən BDU-THİK “Tələbənin sosial tərəfdaşı” sloqanı ilə fəaliyyət göstərir və universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmasında, sosial problemlərinin həllində, ehtiyacı olanlara maddi yardımın göstərilməsində, dərsə davamiyyətin artırılmasında, elmi işlərə cəlb olunmalarında, istedadlı tələbələrin üzə çıxarılmasının təşkili istiqamətində fəaliyyət göstərir. N.Allahyarlı, eyni zamanda, “Erasmus”-təhsil proqramı, elmdə və ictimai işlərdə fəaliyyət göstərən həmkar aktivlərin mükafatlandırılması və yay istirahətinin səmərəli keçirilməsi üçün təşkil olunacaq kamplar, təşkilatın yeni istifadəyə veriləcək rəsmi internet saytı haqqında məlumat verib.