Bu insanlar dövlətin siyasətini rahatca dəyişir, yönləndirir... KİMDİR ONLAR?


Digərləri 07 Okt 2019 18:51:00 313 0

Bu insanlar dövlətin siyasətini rahatca dəyişir, yönləndirir...  KİMDİR ONLAR?

Heç kəsə sirr deyil ki, hər bir hökmdarın, dövlət başçısının yanında bir nəfər olur ki, onu müxtəlif qərarlar verməyə təhrik edir, verilən qərarlara düzəliş edir, bir sözlə dövləti gizli olaraq idarə edir. Belə insanları "boz kardinal" adlandırırlar.

Son.az müxtəlif ölkələrin siyasətində mühüm rol oynamış, bununla belə, həmişə kölgədə qalmağı bacaran şəxsiyyətlər haqda icmalı oxuculara təqdim edir.

Fransua Lekler dyu Tramble (Jozef Ata)

"Boz kardinal" ifadəsi daim əynində qırmızı geyim daşıyan tanınmış kardinal Rişelyenin dövründə meydana gəldi. Onun bir sıra köməkçiləri var idi ki, daxili və xarici siyasətə qarışır, həmçinin saray intriqalarında ciddi iştirak edirdilər. Belələrdən biri Fransua Lekler dyu Tramble idi. Rahib olandan sonra o, Jozef Ata olaraq çağırılmağa başladı. Baxmayaraq ki, Jozef Ata ölümünə az qalmış kardinal ola bildi, çoxları buna qədər də ona "Jozef Ata həzrətləri" deyə müraciət edirdilər. Daim tünd geyim geydiyi üçün isə ona "boz kardinal" ləqəbi verilmişdi.

I Pyotrun yaxın tərəfdarı Henrix Osterman

I Pyotrun sarayında xeyli istedadlı şəxsiyyətlər toplanmışdı, lakin çoxları "kölgədə qalmağa" üstünlük verirdilər. Ən məşhuru kimi Henrix Ostermanın adını çəkə bilərik. O, öz məsləhətləri ilə padşaha hamıdan daha çox kömək edir, Pyotr onun dediyini heç vaxt qulaqardına vurmurdu. Ranqlar, dərəcələr cədvəlinin ideyası da məhz ona aiddir, hansı ki, Rusiyanın bürokratik sistemini qaydaya saldı. Ostermanın bir neçə diplomatik missiyası da müvəffəqiyyətlə nəticələnmişdi. I Pyotrun ölümündən sonra Osterman I Yekaterinanın yanında öz xidmətlərini davam etdirdi.

Polisi naziri Jozef Fuşe

(adsgarden = window.adsgarden || []).push({});