Türkiyə XİN: Bizim hərbi əməliyyatlar Suriyanın özünə xeyirdir


Dünya 07 Okt 2019 18:24:00 307 0

Türkiyə XİN: Bizim hərbi əməliyyatlar Suriyanın özünə xeyirdir

"Türkiyə Silahlı Qüvvələrinin keçirəcəyi hərbi əməliyyatlar Suriyanın özünün xeyrinə olacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Suriyanın şimalındakı yeni antiterror əməliyyatları bu ölkəyə sülh və sabitlik gətirmək üçündür: "Türkiyə əvvəllər olduğu kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir".

Nazir əlavə edib ki, Türkiyə regionu terrorçulardan təmizləyəcək.