Əfqanıstanda avtobus partladıldı


Dünya 07 Okt 2019 18:31:00 273 0

Əfqanıstanda avtobus partladıldı

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində avtobus partladılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, daha 27 nəfər isə yaralanıb.

Qeyd edilir ki, avtobus Əfqanıstan ordusuna məxsus olub.

Avtobus yeni əsgərləri təlimə aparırdı. Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.