Ronaldo oyundan əvvəl kilsəyə getdi


İdman 07 Okt 2019 18:30:00 335 0

Ronaldo oyundan əvvəl kilsəyə getdi

Juventus-un futbolçusu Kriştiano Ronaldo oktyabrın 6-da İnter-lə keçirilən oyundan əvvəl dua edib.

Goal.az xəbər verir ki, Ronaldo Turindəki kilsəyə baş çəkib. Portuqal futbolçu kilsəyə sevgilisi Corcino Rodrigeslə birgə gedib.

Onlar paparatsilərdən gizlənməyə cəhd göstərsələr də, bütün hallarda kameraya tuş gəliblər. Ronaldonun kilsədə dua etdiyi bildirilir. Onun nəyə görə dua etdiyi haqda isə məlumat verilmir.

Juventus 7-ci turda İnter-ə 2:1 hesabı ilə qalib gələrək liderliyə yüksəlib.