BakıQuba yolunda evakuator "Mercedes"ə çırpıldı,


Digərləri 07 Okt 2019 17:57:00 248 0

BakıQuba yolunda evakuator "Mercedes"ə çırpıldı,

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə yolun 20-ci kilometrliyində, Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Həsənov Əlabbas Namiq oğlu idarə etdiyi 99 JL 085 dövlət nömrə nişanlı evakuatorla Bakı istiqamətində hərəkətdə olarkən 1981-ci il təvəllüdlü Məstəliyev Ruhid Vahid oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1999-cu il təvəllüdlü Bəşirov Hünər Camal oğlu xəsarətlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.