"Pəhləvanlar" kafesinin sahibi əxlaqsızlıq yuvası saxladığını etiraf etdi


Digərləri 07 Okt 2019 18:02:00 242 0

"Pəhləvanlar" kafesinin sahibi əxlaqsızlıq yuvası saxladığını etiraf etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlama və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlama və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Onlar kafedə əxlaqsızlıq yuvası saxladığını etiraf ediblər. Proses oktyabrın 11-də davam etdiriləcək. İttihama görə, Qabil Ramazanov özünə məxsus "Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib. Qabil Ramazanov 18 otaqdan ibarət kafesində ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla cinsi əlaqədə olmasına şərait yaradıb. Bunun qarşılığında həmin qadınlara müştərilərdən aldığı pulun müəyyən hissəsini ödəyirmiş. Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimov həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə ediblər.