"Bu mənim Azərbaycanda ilk klipimdir"


Kriminal 07 Okt 2019 17:59:00 55 0

"Bu mənim Azərbaycanda ilk klipimdir"

Üç il əvvəl Hadera şəhərindən (İsrail) Bakıya köçən populyar ifaçı Hava Dolev burada sözləri Həsən Babayevə, musiqisi isə Fəridə Kərimliyə məxsus olan "Bir söz var" adlı ilk klipini çəkib.

Milli.az-in məlumatına görə, klipin rejissoru Nail Naiboğlu, operatoru Fahir Səmədoğlu, montajçısı Rahid Bayramlıdır, işıq korreksiyası isə Aleks Anişenkoya məxsusdur.

Hava Dolev bildirib: "Bu mənim Azərbaycanda ilk klipimdir və mən çox həyəcanlıyam, çünki istəyirəm ki, bu işimi bütün azərbaycanlılar bəyənsin. Hər şey böyük sevgi, böyük gözlənti və böyük həyəcanla görülüb. Layihənin həyata keçirilməsinə görə yaradıcı kollektivə təşəkkür edirəm".

Qeyd edək ki, H.Dolev Dərbənddə, Avdalimovlar - musiqiçi ailəsində anadan olub. Müğənninin babası Abram Avdalimov Dağıstanın xalq artisti olub, atası Şamay (Papik) Avdalimov və əmisi Binyamin Avdalimov tanınmış qarmon ifaçılarıdır. Hava 17 yaşında ailəsi ilə birlikdə İsrailə köçüb. O, orada 20 il ərzində uğurlu ifaçı kimi fəaliyyət göstərib. Havanı İsralin "Qızıl səsi" adlandırıblar. İvrit, rus, Azərbaycan dillərində olan kompozisiyalardan ibarət zəngin repertuara malikdir. Avropa, Türkiyə, Fransa, İtaliya və ərəb estradasının xit mahnılarını ifa edir. Lakin Azərbaycan musiqisi onun yaradıcılığında xüsusi yer tutur. O, İsraildə Azərbaycan musiqi sənətini fəal təbliğ edib, layihələrdən birini əfsanəvi Şövkət Ələkbərovanın xatirəsinə həsr edib, xalq artisti Aygün Səmədzadə, ifaçılar Ayaz Qasımov və Nazim Pişyari və başqaları ilə layihələr həyata keçirib.

O deyib: "Mən Azərbaycanı səmimi qəlbdən sevirəm! Azərbaycan bayrağını görəndə gözlərim yaşarır, bu qədim torpaqda baş verən hər şeyə həyəcanla yanaşıram. Və bu sevgi erkən yaşlardan başlayıb. Uşaqlıqdan bizim evdə Azərbaycan mahnıları - muğam, klassik və estrada mahnıları çalınıb. Həmin vaxt məndə Azərrbaycan mədəniyyətinə və musiqisinə qeyri-adi sevgi yaranıb. Babam dahi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını dağ yəhudilərinin dilinə tərcümə edən ilk adamdır, Zülfüqar Hacıbəyovun əsəri üzrə "Aşıq Qərib" tamaşasını və Azərbaycan nağılı "Pəri xanım"ı səhnələşdirib. Mən əfsanəvi Rəşid Behbudov və Şövkət Ələkbərovanın heyrətamiz səsləri fonunda yuxudan oyanırdım. Həmişə demişəm ki¸ günlərin birində Azərbaycana yaşamağa gedəcəyəm. Bu torpaq yaradıcılığa səsləyir, mədəniyyət və incəsənət canına hopub, Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Arif Məlikov kimi dahilər yetişdirib. Buna görə də mən bu mübarək torpaqda yaşamaq və yaratmağa görə xoşbəxtəm"

(adsgarden = window.adsgarden || []).push({});
BakıQuba yolunda evakuator "Mercedes"ə çırpıldı, like
  • 07 Okt 17:57  
Digərləri BakıQuba yolunda evakuator "Mercedes"ə çırpıldı,

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
İrandan Azərbaycana narkotik keçirən qadın saxlanıldı like
  • 07 Okt 17:54  
Kriminal İrandan Azərbaycana narkotik keçirən qadın saxlanıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İsl

arrow Ətraflı
Bakı-Quba yolunda evakuator "Mercedes"ə çırpıldı, ölən var like
  • 07 Okt 17:53  
Digərləri Bakı-Quba yolunda evakuator "Mercedes"ə çırpıldı, ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Azərbaycanda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb like
  • 07 Okt 17:49  
Digərləri Azərbaycanda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb

Bakı Fond Birjasında (BFB) 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli ka

arrow Ətraflı
Binədə evin qapısını sındırıb pul və qızıl apardılar like
  • 07 Okt 17:45  
Digərləri Binədə evin qapısını sındırıb pul və qızıl apardılar

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakin

arrow Ətraflı
Azərbaycanlı qadın 16 ildir itkin düşən bacısını hələ də tapa bilmir like
  • 07 Okt 17:41  
Kriminal Azərbaycanlı qadın 16 ildir itkin düşən bacısını hələ də tapa bilmir

Şirvan şəhər sakini illərdir yoxa çıxmasına baxmayaraq hələ də tapıl

arrow Ətraflı
Bu gün ən güclü külək Sumqayıtda əsib like
  • 07 Okt 17:37  
Digərləri Bu gün ən güclü külək Sumqayıtda əsib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departam

arrow Ətraflı
Harri Keynlə Luis Dunkın mübahisəsinin maraqlı səbəbi... like
  • 07 Okt 17:37  
İdman Harri Keynlə Luis Dunkın mübahisəsinin maraqlı səbəbi...

İngiltərə Premyer Liqasının 8-ci turunda Tottenham səfər

arrow Ətraflı
Gənc oğlan dostları ilə 15 yaşlı sevgilisinə dəhşət yaşatdı like
  • 07 Okt 17:34  
Kriminal Gənc oğlan dostları ilə 15 yaşlı sevgilisinə dəhşət yaşatdı

Ağcabədi rayonunda yetkinlik yaşına çatmayan qızı oğurlamaqda ittiham ol

arrow Ətraflı
“Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmipraktik konfrans like
  • 07 Okt 17:31  
Kriminal “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmipraktik konfrans

Beynəlxalq Muğam Mərkəzində  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzr

arrow Ətraflı
Aktrisanın bacısı evlərə təmizliyə gedir like
  • 07 Okt 17:29  
Digərləri Aktrisanın bacısı evlərə təmizliyə gedir

Türkiyəli aktrisa Bergüzar Korelin bacısı Zeynep Korelin həyatı hər kəs

arrow Ətraflı
Dövlətimizin başçısının “Valday” bəyanatı dünyaya göstərdi ki... like
  • 07 Okt 17:27  
Siyasət Dövlətimizin başçısının “Valday” bəyanatı dünyaya göstərdi ki...

Prezident İlham Əliyevin "Valday" klubunda səsləndirdiyi "Qar

arrow Ətraflı