Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir


Digərləri 07 Okt 2019 17:39:00 295 0

Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir

Son.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Trend-in suallarını cavablandırıb:

- Mübariz müəllim, təmir-bərpa işləri adı altında ermənilər Şuşadakı "Yuxarı Gövhər ağa" məscidinin daxili interyerində ciddi dəyişikliklər ediblər. Bunu son günlər məscidin mediada yayılmış şəkilləri də təsdiqləyir. Açıq-aydın görünür ki, bərpa adı altında tariximiz saxtalaşdırılır. Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

- Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə apardığı təcavüzkar siyasəti illərdir davam edir. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanın tarixi abidələrinə münasibətdə də erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv ediblər. Onlar bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

Onu da deyim ki, işğal altındakı torpaqlarımızda müəyyənləşdirdiyimiz tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana yaxud İslam mədəniyyətinə deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür.

"Yuxarı Gövhər ağa" məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhənin ermənilər tərəfindən sökülməsi, əvəzində erməni dilində "Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur" sözlərini əks etdirən lövhə vurulması ilə qane olmayan ermənilər məscidin görünüşündə də dəyişiklik etməkdən çəkinməyiblər. Bu, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir.

Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, habelə "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Buna baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz apardıqları arxeoloji qazıntı işlərini davam etdirir, tarixi abidələrimizi, məscidləri dağıdır, tarixi-mədəni irsimizi isə saxtalaşdırırlar.

Azərbaycan torpaqlarında ermənilər tərəfindən nəinki İslam abidələri, eləcə də Qafqaz Albaniyasına aid olan abidələr təcavüzə məruz qalır. Ermənilər işğal olunmuş torpaqlarımızda bütün xristian abidələrinə qarşı da saxtalaşdırma, mənimsəmə aktları həyata keçirməkdə davam edirlər.

Biz bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Tələb etmişik ki, Ermənistan vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalı, bu vəhşiliyə hüquqi qiymət verilməlidir. Biz beynəlxalq ictimaiyyətdən işğalçı Ermənistana layiq olduğu münasibəti göstərməsini tələb edirik. Bu istiqamətdə mümkün tədbirləri görürük.

- Təmir işlərinin İran şirkəti tərəfindən aparıldığı bildirilir. Bununla bağlı hansısa araşdırma aparılıbmı?

(adsgarden = window.adsgarden || []).push({});