Bakıda irigövdəli ağac aşdı 3 avtomobilə ziyan dəydi
Digərləri 07 Okt 2019 17:07:00 266 0
Bu gün Bakıda əsən güclü külək fəsadsız ötüşməyib.
Son.az Trend-ə istinadən xəbər verir ki, Səbail rayonu Nizami küçəsində külək irigövdəli ağacın aşmasına səbəb olub. Aşan ağac yol kənarında park edilmiş avtomobillərə ziyan vurub.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, qurum əməkdaşları artıq həmin əraziyə səfərbər olunub.
Mənbə: milli.az