“Gücüm olsaydı, 56 dəfə ana olardım”


Şou-biznes 07 Okt 2019 16:05:00 277 0

“Gücüm olsaydı, 56 dəfə ana olardım”

Hamı qızımın tərbiyəsindən danışır. Onun geyimləri ilə məşğul oluram. Amma xarici ölkələrdə ancaq ona kitab, qələm almağımı istəyir. Mən çox işlərimi Gülərə görə saxlamışam. Çünki övlada diqqət və qayğı göstərmək, sevgi vermək lazımdır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova deyib. Məşhur aktrisa "X maqazin" proqramına açıqlamasında yenidən ana olmaq istəyindən söz açıb: "Mənim gücüm, dayağım olsaydı, 5-6 dəfə ana olardım. Ən böyük arzum isə nənə olmaqdır".

Bundan əlavə, M.Əsədova özünə aldığı hədiyyələrdən danışıb: "Qızılı sevirəm, geyimlərimi, hədiyyələri özüm özümə alıram. Evin həm kişisi, həm də qadınıyam".