Barcelona Valverdi ilə 300-ü keçdi


İdman 07 Okt 2019 16:14:00 296 0

Barcelona Valverdi ilə 300-ü keçdi

Barcelona-nın forvardı Lionel Messi La Liqanın 8-ci turunda Sevilla-ya qarşı matçda (4-0) birbaşa sərbəst vuruşu ilə fərqlənib.

Goal.az xəbər verir ki, bu Barcelona-nın baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında 301-ci qol olub. 55 yaşlı ispaniyalının rəhbərliyi altında "Barca" 129 matç keçirib, orta hesabla hər oyunda 2.33 qol vurulub.

Bu müddət ərzində Messi 96 qolla komandanın ən yaxşı oyunçusudur, ardınca Luis Suarez (60), üçüncü yerdə isə hazırda icarə əsasında Bayern Munich-in formasını geyinən Koutinyo (20) gəlir.

Valverde 2017-ci ilin may ayından Barcelona-ya rəhbərlik edir. Katalonlar onun rəhbərliyi altında 2 dəfə La Liqa çempionu olub, İspaniya Kuboku və Super Kubokunu qazanıblar.