Müəllimlərdən pul tələb edən məktəb direktoru vəzifəsindən azad edildi


Digərləri 07 Okt 2019 16:04:00 216 0

Müəllimlərdən pul tələb edən məktəb direktoru vəzifəsindən azad edildi

Sosial şəbəkələrdə müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı barəsində məlumatlar yayılan Kəlbəcər rayonunun 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.

Bakı. İlhamə İsabalayeva - Sosial şəbəkələrdə müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı barəsində məlumatlar yayılan Kəlbəcər rayonunun 108 nömrəli tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib. Təhsil Nazrliyindən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılmışdır. Oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmə rəhbərləri məsələnin yerində araşdırılması üçün qeyd olunan təhsil müəssisəsində olublar. Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktoru Bəsti Hüseynova dərhal vəzifəsindən kənarlaşdırılıb.