NASA astronavtları açıq kosmosda işləri başa çatdırıblar


Digərləri 07 Okt 2019 15:51:00 276 0

NASA astronavtları açıq kosmosda işləri başa çatdırıblar

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən astronavtları Kristina Kuk və Endryu Morqan stansiyanın batareyalarını dəyişmək üçün açıq kosmosda apardıqları işləri başa çatdırıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onların əməliyyatı və stansiyaya qayıtması prosesi NASA-nın saytında canlı yayımlanıb.

NASA-nın məlumatında bildirilir ki, stansiyanın ətrafında - açıq kosmosda aparılan əməliyyat nəzərdə tutulan 6,5 saatdan çox - 7 saata başa çatdırılıb. Kosmik fəzada aparılan işləri stansiyadan astronavt Cessika Meyr idarə edib. Qeyd olunub ki, astronavtlar stansiyaya hidrogen-nikel elementlərinin yerinə iki yeni litium-ion batareyalarını quraşdırıblar. Yeni enerji elementlərinin quraşdırılmasını davam etdirmək üçün onlar daha üç dəfə - oktyabrın 16-da, 21-də və 25-də açıq kosmosa çıxacaqlar.

Hazırda Beynəlxalq Kosmik Stansiyada NASA-nın astronavtları Kristina Kuk, Endryu Morqan və Cessika Meyrlə yanaşı, rusiyalı kosmonavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka, habelə Avropa Kosmik Agentliyinin təmsilçisi Luka Parmitano (İtaliya) fəaliyyət göstərirlər.

(adsgarden = window.adsgarden || []).push({});