Bərdədə 3 otaqlı ev yanıb


Digərləri 07 Okt 2019 15:55:00 242 0

Bərdədə 3 otaqlı ev yanıb

Bərdədə 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Hacallı kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 84 m² sahədə, digər otağının qapısı və pəncərə çərçivəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.