Dünyanın artan problemi: Azərbaycanda 678 uşaqda piylənmə aşkarlanıb
Digərləri 07 Okt 2019 15:46:00 291 0
Ötən il Azərbaycanda 678 uşaqda ilk dəfə piylənmə aşkar edilib.
Son.az Trend-ə istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda 699, 2016-cı ildə 712, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib.
2018-ci ildə 18 yaşadək olan hər 100 000 nəfər arasında 26 nəfərə ilk dəfə piylənmə diaqnozu qoyulub. 2017-ci ildə bu göstərici 27 nəfər təşkil edib.
2019-cu ilin əvvəlinə bu xəstəliklə qeydiyyatda olan uşaqların sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə 51 nəfər (2017-ci ildə 57) olub.
Piylənmə daha çox oğlan uşaqları arasında müşahidə edilir.
Ötən il piylənmə aşkarlanmış qız uşaqlarının 41,3 faizi (2017-ci ildə 66,9 faizi) 0-13 yaşlı, 45,1 faizi (2017-ci ildə 33,1 faizi) 14-17 yaşlı olub.
Piylənmədən əziyyət çəkən oğlan uşaqlarının isə 58,7 faizi (2017-ci ildə 68,4 faizi) 0-13 yaşlı, 54,9 faizi (2017-ci ildə 31,6 faizi) 14-17 yaşlı olub.
Qeyd edək ki, BMT-nin bu yaxınlarda açıqladığı hesabata görə, dünyada beş yaşadək uşaqlar da daxil olmaqla, bütün yaş qruplarında artıq çəki və piylənmə halları artıb.
(adsgarden = window.adsgarden || []).push({});