Misirdə fironun 2 200 il yaşı olan sərdabəsıi tapıldı


Digərləri 07 Okt 2019 15:37:00 332 0

Misirdə fironun 2 200 il yaşı olan sərdabəsıi tapıldı

Misir arxeoloqları firon IV Ptolemeyin 2 200 il yaşı olan və uzun müddətdir axtarılan sərdabasını tapıblar.

Son.az xəbər verir ki, qədim sərdaba tikinti işçilərinin şimaldakı Sohag rayonunun Tama qəsəbəsində yerləşən Kom Şakav kəndində apardıqları qazıntı zamanı təsadüfən aşkar edilib.

Misirin Qədim Abidələr Nazirliyinin məlumatına görə, arxeoloqların həmin sərdabanın firon IV Ptolemeyə aid olması barədə rəyindən sonra ərazidə tikinti işləri dayandırılıb. Belə ki, alimlər burada Ptolemey sülaləsinin dördüncü fironunun təsviri və qədim Misir əlifbası ilə yazılmış mətn olan lövhələri aşkar ediblər. Lakin onlar hələ sərdabanın şimal-cənub divarlarını üzə çıxara bilməyiblər. Məbədin şərq-qərb divarlarının üzərində isə hər il Nil çayının daşması üçün dua edilən Hapi tanrısının quşların və çiçəklərin əhatəsində təsviri aşkar edilib.

IV Ptolemeyin eramızdan əvvəl 221-204-cü ildə Misir fironu olduğu ehtimal edilir. Onun hökmranlığı o qədər də uğurlu olmayıb və fironun dövləti idarə etməkdən daha çox, incəsənətə meyilli olduğu bildirilir. Tapılan qədim mətndə qeyd olunur ki, IV Ptolemeyin dövründə ən böyük gəmi inşa edilib. "Tessarakonteres" (qırx) adlanan bu gəminin 40 avar bölməsi və 4 min avarçəkəni olub.

(adsgarden = window.adsgarden || []).push({});