25 min manatlıq qızıl-zinət oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)


Digərləri 07 Okt 2019 15:32:43 260 0

25 min manatlıq qızıl-zinət oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Bakı. Samir Əli - 25 min manatlıq qızıl-zinət oğurlayan keçmiş məhkum saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb. O, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.