Bakıda maşın və 2 ev yanıb


Digərləri 07 Okt 2019 15:19:00 210 0

Bakıda maşın və 2 ev yanıb

Bakıda maşın və 2 ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və evin xarici divarında quraşdırılan 1 ədəd kondisioner mühərriki yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.