Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək


Siyasət 07 Okt 2019 15:05:00 231 0

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib.

Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq.