Azərbaycanın turizm brendinin tanıtım çarxı beynəlxalq səsvermədə ikinci pilləyə yüksəlib


Digərləri 07 Okt 2019 15:07:00 222 0

Azərbaycanın turizm brendinin tanıtım çarxı beynəlxalq səsvermədə ikinci pilləyə yüksəlib

Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində ikinci pillədədir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində ikinci pillədədir. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın ilk pillədə yer alması, beləliklə, ölkəmizin turizm potensialının təbliği və daha geniş kütlə tərəfindən tanınması və dəyərləndirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu hər kəsdən dəstək gözləyir: "Oktyabrın 25-dək davam edəcək müsabiqədə Azərbaycanı birinci etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz. “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək".