Bu il Azərbaycanda ən çox tütün harda əkilib?


Digərləri 07 Okt 2019 14:04:00 288 0

Bu il Azərbaycanda ən çox tütün harda əkilib?

Respublikada çəltik, tütün və şəkər çuğunduru yığımı davam edir.

Bakı. Samir Əli - Respublikada çəltik, tütün və şəkər çuğunduru yığımı davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 7-dək ölkə üzrə 7734,7 ton çəltik yığılıb. Bu il 504 istehsalçı tərəfindən 4038 hektar sahədə çəltik əkilib, bu günədək 2586 hektar sahədə biçin aparılıb. Çəltik sahələrində orta məhsuldarlıq 30 sentner təşkil edir. Azərbaycanın 14 rayonunda və Naxçıvan Muxtar Respublikasında tütün yarpaqlarının yığımı da davam edir. Fermerlər tərəfindən qəbul məntəqələrinə 3285 ton quru tütün təhvil verilib. Bu il ən çox tütün Şəki ərazisində əkilib. Rayon üzrə 1061 hektar sahədə tütün becərilib.