Xalq artisti efirdə bu ÖLKƏNİ SÖYÜB


Şou-biznes 07 Okt 2019 13:57:00 285 0

Xalq artisti efirdə bu ÖLKƏNİ SÖYÜB

Bu nə söhbətdir, eşitmişəm sizi İsveçrə səfirliyinə çağırıblar?

Son.az xəbər verir ki, bu sualla İTV-nin aparıcısı Dj Fateh "Fatehin divanı" verilişində qonağı olan xalq artisti Cavan Zeynallıya müraciət edib.

Cavan Zeynallı illər öncə başına gələn həmin hadisəni olduğu kimi danışıb:

"Oy, oy, oy... 20 il bundan qabaq mən yoldaşımla getmişdim Qusara. O, qusarlıdır. Mən oranın təbiətini gördüm - meşələr, çaylar, havası... Dedim nə gözəl. Gördüm bu təbiəti, çıxdım televizorda verilişdə dedim "Qusar bilirsiniz nə gözəl yerdir. Bizim Azərbaycanımızdır. Birdən dedim ki, "Nə deyirlər e, İsveçrə, İsveçrə... İsveçrə qələt edir Qusarın yanında". Mən bunu deyəndən bir həftə keçmişdi, məni İsveçrə səfirliyinə çağırdılar. Sən demə, bunlara tərcümə ediblər. Vallah, mən özüm də "qələt" sözünü işltdiyimi bilməmişəm. Danışanda qəfil ağzımdan çıxdı. Dedim "Bağışlayın da belə söz işlətdiyim üçün"". 

(adsgarden = window.adsgarden || []).push({});