Respublika Kinematoqrafçılar İttifaqı "Rasim Ocaqov" təqaüdünü təqdim edib


Kriminal 07 Okt 2019 13:41:00 249 0

Respublika Kinematoqrafçılar İttifaqı "Rasim Ocaqov" təqaüdünü təqdim edib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Rasim Ocaqov" təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları larueatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdəİttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan  4-cü kurs tələbəsi Yusifova Nərgiz Sadıx qızı layiq görülüb.