Tibb üzrə Nobel mükafatının sahibləri bilindi


Dünya 07 Okt 2019 13:49:20 292 0

Tibb üzrə Nobel mükafatının sahibləri bilindi

Builki Nobel tibb mükafatı Uilyam Kelin, ser Piter Retkliff və Qreqq Semenzaya veriləcək.

Son.az bildirir ki, onlar hüceyrələrin oksigen qəbuletmə səviyyəsinə adaptasiya mexanizmini aşkarladıqlarına görə tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görülüblər.

Alimlərin kəşfi xərçəng və digər xəstəliklərlə yeni mübarizə metodlarını hazırlamağa imkan verəcək.

Tibb və fiziologiya üzrə Nobel mükafatını ötən il Ceyms Pi Ellison və Tasuku Hönzö immun sisteminin mənfi tənzimlənməsinin inqibasiya olunmasına əsaslanan xərçəng əleyhinə terapiyanın yaradılmasına görə almışdılar.

(adsgarden = window.adsgarden || []).push({});