Bakıda maşın və 2 ev yanıb


Digərləri 07 Okt 2019 12:56:00 258 0

Bakıda maşın və 2 ev yanıb

Bakıda maşın və 2 ev yanıb.

Bakı. Bakıda maşın və 2 ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və evin xarici divarında quraşdırılan 1 ədəd kondisioner mühərriki yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.