“X5”in sürücüsü tapança ilə “soyuldu”:


Dünya 07 Okt 2019 12:22:00 208 0

“X5”in sürücüsü tapança ilə “soyuldu”:

Moskvada pul daşıyan şəxs soyğunçuluğa məruz qalıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ötən gün əyalətin şərqində qeydə alınıb. Məlumata görə, naməlum şəxs "BMW X5" markalı avtomobilin sürücüsünə tapança ilə hədə-qorxu gələrək içərisində 2,23 milyon rubl və sənəd olan çantanı götürərək hadisə yerindən qaçıb.

Zərərçəkən polis şöbəsinə gedərək şikayət ərizəsi ilə müraciət edib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.