Qırğızıstanda 6 şaxtaçı dəm qazından zəhərlənərək öldü


Dünya 07 Okt 2019 12:17:00 233 0

Qırğızıstanda 6 şaxtaçı dəm qazından zəhərlənərək öldü

Qırğızıstanın cənubunda, Batken vilayətində yerləşən iki kömür mədənində 6 şaxtaçı dəm qazından zəhərlənib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Xəstəxanaya yerləşdirilən şaxtaçıların həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə təhlükəsizlik qaydalarına əməl edilməməsi göstərilir.