Azyaşlı qızı ölənə qədər zorlayan kişi edam olunur


Dünya 07 Okt 2019 11:59:00 246 0

Azyaşlı qızı ölənə qədər zorlayan kişi edam olunur

Azyaşlını ölənə qədər zorlayan kişi edam ediləcək.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın Ali məhkəməsi 2 yaşlı qıza 5 saat boyunca təcavüz edən Ravi adlı kişinin edam olunması barədə qərar qəbul edib.

2012-ci ildə 2 yaşlı qızı qaçırıb, ölənə qədər zorlayan Ravi bu əməlinə görə illər sonra ölüm hökmü ilə cəzalandırılıb.

Qeyd edək ki, Ravi adlı kişi 2 yaşlı qızı qaçıraraq öz evində zorlayıb. Polislər onun evinə gəldikdə azyaşlı şüursuz vəziyyətdə olub. O, xəstəxanaya çatdırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.