Qarabağ Neftçi-nin rekorduna yaxınlaşdı


İdman 07 Okt 2019 11:48:00 288 0

Qarabağ Neftçi-nin rekorduna yaxınlaşdı

Azərbaycan Premyer Liqasının I dövrəsini lider kimi başa vuran “Qarabağ”ın 7 oyunda 7 qələbə qazanması çempionatın tarixinə düşüb.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınan 6 belə hadisəyə üç komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub olub.

Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

1992Neftçi770020-214
1994/95Neftçi770026-314
1996/97Neftçi770030-221
2000/01Neftçi770022-221
2003/04Şəfa770022-221
2007/08Xəzər Lənkəran770016-221
2019/20Qarabağ770017-121

Startdakı ardıcıl qələbələr üzrə rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə 12, 1994/1995 mövsümündə 10 (qələbəyə görə 2 xal verildiyi çempionatlar), 1996/1997 mövsümündə 9 qələbəni sıralayıb. “Şəfa”nın seriyası 8 oyun sürübsə, “Neftçi”nin son uğurlu startı və Lənkəran təmsilçisi 7 qələbə ilə kifayətlənib.