Aysun Qurdla sevgilidir?


Şou-biznes 07 Okt 2019 11:32:00 394 0

Aysun Qurdla sevgilidir?

Müğənni Rəqsanə İsmayılovanın qızı, gənc ifaçı Aysun İsmayılova ilə repçi Qurdun (Fərid Eminov) sevgili olması barədə şayiələr yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onların "Maşın" realiti- şousunda yaxınlaşması, daha sonra Qurd oyunu tərk edərkən Aysunun ağlaması iddiaları daha da gücləndirib.

Aysun yarışmanın ötəngünkü buraxılışında məsələyə aydınlıq gətirib. İsmayılova repçi ilə münasibətinin olmadığını bildirib: "Mən Qurdla çox yaxın dostam. O, şou-biznesdə kişilər arasında mənə ən yaxın olan insandır. Oyunda da Qurd nə deyirdisə, onunla razılaşırdım. Çox güvəndiyim insanlardandır. Mənim heç kəsdən qorxacağım bir şey yoxdur. Olsa, açıq-aşkar deyərəm. Başqa yerə yozulmasın".