"Joker"dən gözlənilməz rekord


Digərləri 07 Okt 2019 10:55:00 224 0

"Joker"dən gözlənilməz rekord

Psixoloji-triller janrında çəkilən "Joker" filmi bir neçə gün öncə təqdim edilməsinə baxmayaraq rekord qırıb.

Son.az Deadline-a istinadla xəbər verir ki, təkcə cümə günü ərzində, sadəcə, ABŞ-da satılan biletlərdən 39.8 millyon dollar gəlir əldə edilib.

Filmin rejissoru Tod Filips-də öz rekordunu yeniləyərək filmdən qazandığı pulun məbləğini 85.9 milyon dollara çatdırıb.

Filmin nümayişindən əvvəl Nyu-York polis departamenti kinoteatrlara xəbərdarlıq edərək, təqdimat zamanı hər hansı təhlükəli olayların baş verə biləcəyi barədə məlumatlandırmışdı. Bu səbəbdən iki məşhur kinoteatr bilet satmaqdan imtina etmişdi. Lakin bunlara baxmayaraq filmin biletləri rekord sayda satılıb.

(adsgarden = window.adsgarden || []).push({});