Bakıda itkin düşən ana və azyaşlı qızı tapıldı


Digərləri 07 Okt 2019 10:55:04 192 0

Bakıda itkin düşən ana və azyaşlı qızı tapıldı

Bakıda itkin düşən ana və azyaşlı övladı tapılıb.

Bakı. Samir Əli - Bakıda itkin düşən ana və azyaşlı övladı tapılıb. Trend-in məlumatına görə, Nizami rayonu, rayonun N.Abdullayev küçəsi, ev 14-də yaşayan Həsənov Radil Qənbər oğlu Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənova Məleykə Adil qızı və azyaşlı qızı Həsənova Gülay Radil qızı oktyabrın 5-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənova və azyaşlı qızı tapılaraq ailəsinə təhvil verilib.